Şəhid anası Naftalan Sanatoriyasına təşəkkür etdi

Şəhid Quliyev Nail Fəxrəddin oğlunun anası Təhməzova Raziyyə ana 
Gözəl Naftalan Sanatoriyasının xidmətlərindən məmnun qalıb. O, Sanatoriyanın bütün kollektivinə, həkim heyətinə təşəkkürünü çatdırıb. O, xüsusilə, Gözəl Naftalanın həkimi Nəzakət həkimə və daim onun qayğısına qalan müdriyyətə minnətdarlığını bildirib. 
Qeyd edək ki,
Sanatoriya Naftalan şəhərinin ən füsinkar ərazisində yerləşib.  15000 m2 ərazini əhatə edən mərkəz 4 mərtəbəli yataq korpusu, mərtəbəli müalicə korpusu və digər yardımçı binalardan ibarətdir. Həmin korpuslar çoxillik həmişəyaşıl şam ağacları və digər dekorativ ağaclarla əhatə edilib. lş müəssisədə mövsümi olaraq 22-45 nəfər tibbi və xidmətedici işçi heyyəti müalicə alan yerli və əcnəbi vətəndaşlara xidmət göstərir. Tibbi personalın  əksəriyyəti hələ Sovetlər dönəmindən müxtəlif sanatoriyalarda işləmiş peşəkar mütəxəssislərdir.