BMT: Talibanın hakimiyyəti zamanı Əfqanıstanda narkotik istehsalı artıb

Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda xaşxaş istehsalı 32% artıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu statistika BMT-nin hesabatında yer alır.

Hesabata görə, əvvəlki illərlə müqayisədə xaşxaş əkinlərinin sahəsi 32% artıb. Fermerlərin xaşxaşdan əldə etdiyi gəlir 2021-ci ildə 425 milyon dollar olduğu halda, cari ildə 1,4 milyard dolları ötüb. Bu rəqəm yalnız ölkə daxilində əldə edilən gəliri ehtiva edir.

“Əfqanıstanda opiatların istehsalının artması göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsi dayanmayıb. Dünyanın tiryəkə olan ehtiyacının 80%-ni bu ölkə ödəyir” – deyə hesabat müəllifləri qeyd edirlər.