Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və ABŞ arasında Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi müzakirə edilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"CQD-nin Məşvərət Şurasının iclası ərəfəsində ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington ilə görüşdük. İki ölkə arasında enerji sahəsində əlaqələrin inkişafını, CQD-nin genişləndirilməsini, "yaşıl enerji" layihələrinin icrasını, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələrini müzakirə etdik", - deyə o qeyd edib.