“Azərbaycan və Gürcüstan Qazaxıstandan taxıl idxalını artırmaq niyyətindədir”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Gülmirə İsayeva bildirib.
Qazaxıstan rəsmisi deyib ki, taxıl ixracının artırılması istiqamətində Azərbaycan və Gürcüstan hökuməti ilə danışıqlar aparılır.
Onun sözlərinə görə, hər iki ölkə Qazaxıstandan 1 mln. tona yaxın taxıl idxal etməyə hazırdır.
G.İsayeva əlavə edib ki, hazırkı fəsildə Qazaxıstan İrana 1 mln. ton taxıl ixrac etməyi planlaşdırır. Qazaxıstan, İran və Rusiya arasında imzalanmış Memoranduma əsasən, qazax ticarətçilərinə İrana buğda satılmasına dair səlahiyyət verilib. İran dəyirmançıları taxılın birgə emalında maraqlıdırlar. "Bunun hesabına Qazaxıstan unu üçüncü ölkələrin bazarlarına yenidən ixrac edilməsini davam etdirə bilər", - deyə kənd təsərrüfatı nazirinin müavini bildirib.
Xatırladaq ki, Qazaxıstan Dəyirmançılar İttifaqının İdarə Heyətinin üzvü Mukan Abdiyev ötən il qeyd etmişdi ki, Azərbaycan Qazaxıstandan ildə, təqribən, 600 min ton taxıl idxal edir.
Azərbaycan Qazaxıstandan taxıl idxalının artırılması ilə bağlı danışıqlar aparır

Oxşar xəbərlər