İsrail Qəzzada 70 min sakinin öldürüldüyünü etiraf etdi

İsrail ordusu Qəzza zolağında 70.000 fələstinlinin ölümünü təsdiqləyib.

Xarici media xəbər verir ki, İsrail ordusu hava hücumlarında ölənlərin üçdə birinin, təxminən 25 min adamın HƏMAS döyüşçüləri olduğunu bildirib.

İsrail müdafiə qüvvələrinin rəsmiləri həmçinin BMT-nin anklavda humanitar fəlakət barədə məlumatlarını təkzib ediblər. Hərbçilər hərbi əməliyyat zamanı heç bir qəzzalının aclıqdan ölmədiyini iddia edirlər.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Maraqlıdır, 70 mindən çox müharibə qurbanının yalnız 25 mini hərbçidirsə, demək, 45 mini mülki şəxsdir.

Bu qədər dinc sakinin öldürülməsi hərbi cinayət deyilmi?