Azərbaycan və Gürcüstan arasında sərhəd danışıqlarının növbəti mərhələsi başlayıb

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın ekspertlərinin bu gün işgüzar görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən ölkənin İctimai Televiziyasına bildirilib.