Bu ilin 30 sentyabr tarixinə Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,874 mln. ABŞ dollar təşkil edib.
Bu barədə APA-nın yerli bürosu xəbər verib.
Verilən xəbərə görə, Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib ki, son bir ayda Gürcüstanın Azərbaycana dövlət borcunun həcmi dəyişməyib.
Hesabat dövründə Gürcüstanın ümumi xarici borcu isə 31,892 mln. dollar azalaraq 5 355,7 mln. dollara enib. Bunun 5 151,2 mln. dollarını hökumətin xarici borcları təşkil edib. Cari ilin avqust ayının 31-də isə Gürcüstanın ümumi xarici borcu 5 387,6 mln. dollar təşkil edib.
Sentyabr ayının 30-da Gürcüstan Milli Bankının xarici borcu 204,5 mln. dollara bərabər olub.
Gürcüstanın Azərbaycana 6,9 mln. dollar borcu var
Oxşar xəbərlər