Almaniya Bundestaqının prezidenti Azərbaycana səfərə gələcək

Almaniya Bundestaqının prezidenti Azərbaycana səfər edəcək. 
 
Bundestaqın  prezidenti Volfqanq Şoyble rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. 
 
Bu barədə"Report.az" məlumat verib.
 
Məlumata görə, gələn ilin əvvəlində reallaşması nəzərdə tutulan səfərin dəqiq tarixi yaxın aylarda məlum olacaq. 
 
Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.