Oktyabrın 24-də XİN başçısı Elmar Məmmədyarov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Ermənistan və Azərbaycan arasında əsir və girovların dəyişdirilməsi məsələsini müzakirə ediblər.
Peter Maurer Qoşulmama Hərəkatının Sammitində iştirak etmək üçün Bakıya gəlib.
"Nazir qeyd edib ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nin fəaliyyətini müsbət qiymətləndirir. Bu zaman o, saxlanılan əsirlərin-girovların "hamı hamı ilə" prinsipinə əsasən azad edilməsi üçün göstərilən səylərin əhəmiyyətini qeyd edib", deyə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Öz növbəsində, Maurer Məmmədyarova BQXK-nin bu istiqamətdə həyata keçirdiyi işlər barədə məlumat verib. Tərəflər həmçinin Azərbaycan və BQXK arasında münasibətlərin hazırki vəziyyətini və perspektivlərini müzakirə ediblər.
XİN başçısı və BQXK prezidenti Ermənistan və Azərbaycan arasında əsir və girovların dəyişdirilməsi mümkünlüyünü müzakirə edib

Oxşar xəbərlər