Azərbaycan-Türkiyə hərbi təlimləri başa çatdı

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin əsas mərhələsinə yekun vurulub.

Təlimin mövzusu taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçmək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirmək olub. 

İki ölkənin hərbçiləri qarşıya qoyulan tapşırıqları dəqiqliklə yerinə yetiriblər.