İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei Livanın “Hizbullah” hərəkatının İcraiyyə Şurasının sədri Haşim Səfiuddinin şəhadəti ilə bağlı başsağlığı mesajı verib.
“Fədakar və mücahid seyid Haşid Səfiuddin müqavimət şəhidləri cərgəsində yer aldı və müqəddəs məkana gedə yolda parlayan daha bir ulduz da Qüds səmasını bəzədi“, – deyə o bəyan edib.
Ayətullah Xamenei bildirib ki, şəhid Səfiuddin “Hizbullah”ın ən öndə gələn şəxslərindən biri idi və Seyid Həsən Nəsrullahın dostu və yol yoldaşı idi; “Hizbullah” onun kimi liderlərin cəsarəti ilə Livanı parçalanma təhlükəsindən qorudu.
O vurğulayıb ki, şəhid Səfiuddinin və müqavimət digər rəhbərlərinin və mücahidləinin cəsarət və fədakarlığı sayəsində İsrailin Livan şəhərlərini işğal edib ilhaq etmək planlarının qarşısını alınıb.
Ayətullah Xamenei qeyd edib ki, Seyid Həsən Nəsrullah və Haşim Səfiuddin dünyalarını dəyişmiş olsalar da, “onları ruhları və liderlikləri meydandadır və Livan və onun xalqını müdafiə etməyə davam etməkdədir“.
“Bu gün belə “Hizbullah” Livanın ən güclü müdafiəçisidir və uzun müddətdir ki, məqsədi Livanı bölmək olan sionist rejimin acgözlüyünə qarşı ən güclü qalxandır“, – deyə o əlavə edib.
İranın Ali lideri bildrib ki, düşmən “Hizbullah”ın Livandakı əhəmiyyətli və vacib rolunu inkar etməyə çalışır, odur ki, heç kəs bu cür batil sözlərə, yalan və hiylələrə aldanmamalıdır.
““Hizbullah” yaşamaqdadır, böyüməkdədir və tarixi rolunu icra etməkdədir. Hər zamam olduğu kimi, (İran) İslam Respublikası Qüds mücahidlərinə və Fələstini qəsb edən cinayətkar dəstənin işğalına qarşı müqavimət göstərənlərə, Allahın izni ilə, yardım edəcək“, – deyə o vurğulayıb.
“Əziz seyidimiz cənab Səfiuddinin şəhadəti ilə bağlı əziz ailəsi, yaxınları və bütün müqavimət cəbhələrindəki silah yoldaşlarımıza təbrik və təziyələrimi ərz edirəm“, – deyə Ayətullah Xamenei sonda qeyd edib.
Ayətullah Xameneidən şəhid Səfiuddinlə bağlı başsağlığı mesajı