Ankarada terror: Ölən və yaralananlar var

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bu gün Ankara şəhərinin Kahramankazan rayonunda yerli vaxtla saat 15:20 radələrində “Türk Havaçılıq ve Uzay Sanayii” Anonim Şirkətinin (TUSAŞ) girişində terror aktı həyata keçirilib.

Məlumata görə, ərazidə partlayış və silah səsləri eşidilib.

Türkiyə güc strukturları olayı terror aktı kimi dəyərləndiriblər.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya terror hücumu zamanı ölən və yaralıların olduğunu bildirib.