Almaniyada İslam əleyhinə nümayiş zamanı bıçaqlanan polis məmuru ölüb

Hücum nəticəsində Almaniyada radikal İslam əleyhinə kampaniya qrupu olan Pax Europa-nın təşkil etdiyi mitinqə qatılan 5 nəfər yaralanıb. Almaniyada anti-islam aksiyası zamanı hücum zamanı çoxsaylı bıçaq zərbələri alan 29 yaşlı polis məmuru isə dünyasını dəyişib.

Cümə günü Almaniyanın cənub-qərbindəki Mannheim şəhərinin bazar meydanında bıçaqla silahlanmış şəxs hücum edərək bir neçə nəfəri yaralayıb.

Baş nazir Olaf Scholz, "dəhşətli hücumdan" sonra polis məmurunun ölümündən "dərin kədərləndiyini" söyləyib. "Onun hamımızın təhlükəsizliyinə fədakarlığı ən yüksək qiymətə layiqdir" deyə Scholz söyləyib.

Hücum zamanı radikal anti-İslam kampaniyası olan Pax Europa-nın təşkil etdiyi mitinqə qatılan 5 nəfər yaralanıb.

Yerli polisin verdiyi açıqlamada polis əməkdaşının hadisəyə müdaxilə etmək istəyərkən başı nahiyəsindən bir neçə bıçaq zərbəsi aldığı bildirilib.

Hücumdan dərhal sonra təcili əməliyyat olunan və süni komaya salınan polis məmurunun bazar günü yaraları səbəbindən öldüyü açıqlanıb.

Daxili işlər naziri Nensi Faeser cümə günü verdiyi açıqlamada hücumun şərtlərini hərtərəfli araşdırmağa çağırıb. "Əgər araşdırmalar islamçı motivi aşkar edərsə, bu, islamçıların zorakılıq aktlarının yaratdığı böyük təhlükənin növbəti təsdiqi olacaq" Faeser deyib.

Maliyyə Naziri Kristian Lindner: Mən polis məmurunun ölümündən çox təsirləndim. Ölkəmizdə baş verənlər məni qəzəbləndirir. Biz özümüzü “islamçı terror” qarşı qətiyyətlə müdafiə etməliyik və təhlükəsizlik orqanlarını da maliyyə cəhətdən gücləndirəcəyik” deyib.