Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ev dustaqlığına buraxılmayıb.
Partiya üzvlərinin məlumatına görə, bu barədə mayın 13-də Səbail Rayon Məhkəməsi qərar verib.
Vəkilləri Ə.Kərimlinin atasının bu yaxınlarda vəfat etməsi ilə əlaqədar onun ev dustaqlığına buraxılması üçün vəsatət versə də, məhkəmə onu təmin etməyib.
Əli Kərimlinin atası Əmirhüseyn Kərimov mayın 9-da vəfat edib. O, Saatlı rayonunun Azadkənd kəndində dəfn olunub. Siyasətçi atasının dəfn və yas mərasimlərinə buraxılmayıb.
Əli Kərimli noyabrın 29-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli ev dustaqlığına buraxılmayıb