Qondarma işğalçı İsrail hökumətinin “Milli Təhlükəsizlik” naziri İtamar Ben Qvir işğal altındakı Qüdsdə yerləşən Əl-Əqsa məscidinin həyətinə daxil olub və burada işğal bayrağını qaldırıb. Hadisə ciddi təhlükəsizlik tədbirləri altında baş verib.
Qüds qubernatorluğu bildirib ki, Ben Qvir məscidin həyətində təxribat xarakterli hərəkətlər edib və rəqs edərək vəziyyəti daha da gərginləşdirib. Bu hadisə “Qüdsün birləşdirilməsi günü” adı altında keçirilən tədbirlərlə eyni vaxta təsadüf edib.
Həmas bəyanat yayaraq bildirib ki, Əl-Əqsa məscidinə hücumlar və Qüdsdə təşkil edilən “Bayraq yürüşü” şəhərin ərəb və İslam kimliyini dəyişdirməyə yönəlmiş uğursuz cəhdlərdir.
Hərəkat vurğulayıb ki, İsrail “Qüds və Əl-Əqsənin Fələstin xalqının yaddaşındakı yerini silə bilməyəcək” və müqavimət işğal sona çatana qədər davam edəcək.
Həmas həmçinin ərəb və İslam ölkələrini işğalçı İsrailin addımlarına qarşı hərəkətə keçməyə və Qüdslə bağlı planların qarşısını almağa çağırıb.
Sionist rejim qüvvələri Qüdsdə Bab əs-Sahira bölgəsini bağlayıb və köhnə şəhərdə polis qüvvələrinin sayı artırılıb. Bununla yanaşı, yəhudi mühacirlər şəhərin bazarlarında və küçələrində təxribat xarakterli yürüşlər və rəqslər təşkil ediblər.
İşğalçı rejim mediasının məlumatına görə, “Bayraq yürüşü”ndə təxminən 50 min nəfərin iştirak edəcəyi gözlənilir.
Qüds və Fələstin diyarlarının müftisi Məhəmməd Hüseyn xəbərdarlıq edib ki, sionsit rejim Əl-Əqsa məscidində mövcud status-kvonu dəyişdirməyə çalışır.
O bildirib ki, ekstremist yəhudi qruplarının təxribatları və hücumları rəsmi dəstəklə həyata keçirilir və məqsəd müqəddəs məkanların dini kimliyini dəyişməkdir.
Ben Qvir Əl-Əqsa məscidinə girərək İsrail bayrağını qaldırdı