"İnter" İtaliya Kubokunu qazandı

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub.

Finalda "Latsio"nu 2 cavabsız qolla məğlub edən "İnter" titula sahib çıxıb.

Matçda hər iki qol ilk hissədə vurulub. Əvvəlcə 14-cü dəqiqədə Adam Maruşiç avtoqol müəllifi olub. 35-ci dəqiqədə isə Lisandro Martines fərqlənib.

Beləliklə, ölkə çempionu "İnter" kuboka da sahib çıxmaqla "qızıl dubl" edib.