Günahsız olaraq həbs edilən inanclı xanımlar həbsxanadan bəyanat yayıb. Bəyanatda deyilir:
“Bismilləhir-Rahmənir-Rahim
Azərbaycanda dini inanclarına və mövqelərinə görə bir sıra insanların təzyiq və repressiyalarla üzləşdiyini müşahidə edirik. Ölkədə baş verən bu hadisələr nəticəsində ailələr parçalanır, analar övladlarından, ailə başçıları isə yaxınlarından ayrı düşür. Biz hesab edirik ki, bu cür yanaşmalar cəmiyyətimizdə həm mənəvi, həm də sosial baxımdan ciddi narahatlıqlar yaradır. Bununla belə, bütün çətinliklərə baxmayaraq, xalqımızın öz dini və mənəvi dəyərlərinə bağlılığı davam edəcəkdir.
Biz, uzun müddətdir həbs həyatı yaşayan şəxslər olaraq, qarşılaşdığımız çətinliklərə rəğmən mövqeyimizi qorumaqda davam edirik. Müxtəlif təzyiqlərə və peşmançılıq ifadə etməyə yönəlik çağırışlara baxmayaraq, vicdanımıza zidd olan hər hansı mövqeni qəbul etməmişik.
Müqavimət və haqq uğrunda mübarizə aparan, illərdir həbs həyatı yaşayan Hacı Tale Bağırzadənin biz xanımlara göstərdiyi mənəvi dəstək və verdiyi açıqlamalar barədə məlumatımız vardır. Çətin və ağır şəraitdə belə, onun baş verən hadisələrə münasibət bildirməsi, haqsızlıqlara etiraz etməsi və dəstəyini ifadə etməsi bizim üçün dəyərli və təqdirəlayiqdir. Biz, həbsdə olan xanımlar olaraq, Hacı Tale Bağırzadəyə göstərdiyi diqqət və mənəvi dəstəyə görə təşəkkür edir, ona dərin minnətdarlığımızı bildiririk.
Bununla yanaşı, həbsimizlə bağlı müxtəlif formalarda etiraz edən, sosial şəbəkələrdə fəallıq göstərən, bizə və ailələrimizə mənəvi və maddi dəstək olan bütün insanlara təşəkkürümüzü bildiririk. Bu məsələdə əməyi və dəstəyi keçən hər kəsə minnətdarıq.
Allahdan xalqımıza birlik, səbir və haqqın müdafiəsində müvəffəqiyyət diləyirik.”
Vicdanımıza zidd olan hər hansı mövqeni qəbul etməmişik