Paris məhkəməsi Qaşıqçı işi üzrə yeni istintaq başlatdı

Fransada Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud barəsində jurnalist Camal Qaşıqçının öldürülməsi işi üzrə məhkəmə araşdırmasına başlanılıb.

Paris Apellyasiya Məhkəməsi işgəncə və zorla yoxa çıxarma ittihamları üzrə təqdim olunan şikayət əsasında istintaq aparılması barədə qərar qəbul edib.

Camal Qaşıqçı Səudiyyə əsilli jurnalist idi və ABŞ-də yaşayaraq “Washington Post” qəzetində yazılar dərc edirdi. O, 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra öldürülmüşdü. Hadisə dünya miqyasında böyük rezonans doğurmuşdu.