Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu yaxınlarda satın aldığı İtaliya şirkətinə baş icraçı direktor təyin olunub.
Bu barədə mayın 13-də SOCAR-ın pres-relizində məlumat verilib.
“Davitaşvili "Italiana Petroli"nin (IP) İtaliyadakı fəaliyyətinə rəhbərlik edəcək. O, əməliyyatların fasiləsiz davamlılığının təmin edilməsinə, şirkətin ölkənin enerji bazarındakı mövqeyinin qorunub daha da gücləndirilməsinə və şirkətin daha geniş SOCAR Qrupuna inteqrasiyasına nəzarət etməyə fokuslanacaq", - pres-relizdə bildirilir.
“Sözügedən təyinat SOCAR-ın İtaliyaya sadiqliyini əks etdirir. Bu, Qrupun beynəlxalq sənaye təcrübəsi və strateji baxışını yerli bazar və institusional mühit haqqında güclü anlayışla birləşdirən xüsusi rəhbərlik vasitəsilə həyata keçirilir”, - deyə SOCAR əlavə edib.
Pres-relizdə Davitaşvilinin ötən ilin noyabrından bəri SOCAR prezidentinin müşaviri vəzifəsində çalışdığı da qeyd olunub.
SOCAR IP-in satınalması ilə bağlı ötən ilin sentyabrında müqavilə bağlayıb. Proses yalnız bu ay tamamlanıb.
Davitaşvili 2022-ci ilin fevralından 2025-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışıb. Paralel olaraq, o, 2021-ci ilin iyulundan baş nazir müavini vəzifəsini də icra edib.
Davitaşvilinin istefasından üç gün əvvəl onun müavini Romeo Mikautadze həbs olunub. Mikautadze bu ilin martında korrupsiya ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.
Bu ilin fevralında Davitaşvili Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən dindirilməyə çağırılmışdı. Son aylarda həmin qurum Mikautadze də daxil olmaqla bir sıra keçmiş yüksək vəzifəli məmurları korrupsiya ittihamları ilə həbs edib.
DTX bildirib ki, Davitaşvili böyük neft şirkəti ilə imzalanmış müqavilə ilə bağlı davam edən istintaq çərçivəsində çağırılıb.
Gürcüstan DTX-sində dindirilən eks-nazir SOCAR-ın aldığı şirkətə rəhbər gətirilib