İmam Hüseyn (ə) Ziyarətgah Kompleksinin Genişləndirmə Layihələri Departamenti, Xanım Zeynəb (s.ə) səhni layihəsinin tərkib hissəsi olan “Təlli-Zeynəbiyyə” məqamındakı yenidənqurma işlərinin yekun mərhələyə çatdığını bəyan edib.
Sözügedən layihə İmam Hüseyn (ə) hərəminin genişmiqyaslı inkişaf planının birinci mərhələsini təşkil edir.
Mühəndislik və memarlıq baxımından əsaslı şəkildə yenilənən layihə nəticəsində məqamın ərazisində kəskin artım müşahidə olunub. Belə ki, əvvəllər cəmi 300 kvadratmetr olan ziyarət sahəsi, aparılan genişləndirmə işlərindən sonra təxminən 3000 kvadratmetrə çatdırılıb. Bu addım ziyarətçi sıxlığının qarşısını almaq və zəvvarların ibadətlərini daha rahat yerinə yetirmələri üçün nəzərdə tutulub.
Məlumata görə, Daxili və xarici üzləmə işlərində ən yüksək keyfiyyətli təbii mərmər növlərindən istifadə edilib, divarlar incə İslam naxışları və mürəkkəb kompozisiyalı Kərbəla kaşısı ilə bəzədilib. Departament rəsmilərinin bildirdiyinə görə, bu layihə hərəmin infrastrukturunun müasirləşdirilməsi və zəvvarlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılan ən mühüm addımlardan biridir. Hazırda obyektin yaxın zamanlarda tam istifadəyə verilməsi üçün son tamamlama işləri icra olunur.
Təlli-Zeynəbiyyə, Kərbəlada İmam Hüseyn (ə) hərəminin yaxınlığında yerləşən və Xanım Zeynəbin (s.ə) Kərbəla hadisələri zamanı döyüş meydanını izlədiyi təpəni simvolizə edən müqəddəs bir məqamdır.
Təlli-Zeynəbiyyə məqamında yenidənqurma işləri bitir