İslam dünyasının problemlərini birlik və vəhdətlə həll etmək olar.
Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi İslam Əməkdaşlığı Təşkilatının Fələstindəki vəziyyətlə bağlı növbədənkənar sammiti zamanı bəyan edib.
Onun sözlərinə görə, əgər hz. Məhəmməd peyğəmbər (s) Fələstin məsələsinə görə qəmlidir: “Sizin çəkdiyiniz əzab-əziyyətlər Onun (s) üçün ağırdır”.
“Bu gün qanın qılınca qalib gəldiyi gündür” deyən Rəisi bildirib ki, “hər kəs hansı cəbhədə olduğunu müəyyən etməlidir: şərəf cəbhəsində, yoxsa şərr cəbhəsində“.
İran prezidenti deyib ki, İsrailin 7 oktyabrdan Qəzza sektoruna atdığı bombalar ABŞ-nin Xirosimaya atdığı atom bombasının 7 mislinə bərabərdir.
O, ABŞ-nin İsrailə verdiyi dəstəklə bütün beynəlxalq təşkilatların effektivliyini sarsıtdığını əlavə edib.
“Qəzza sektorunun blokadasının tam aradan qaldırılmasına və Rəfah nəzarət-keçid mənqətəsinin yardımın gəlişi üçün məhdudiyyət və şərt olmadan açılmasına dair çağırış edirik“, – deyə Rəisi vurğulayıb.
O deyib ki, son 70 ildə Fələstinlə bağlı çoxlu zahirən sülh, lakin əslində isə yalançı qərarlar təklif edilib və İsrail bunlardan sui-istifadə edib.
Onun sözlərinə görə, Fələstinin məsələsinin yeganə həlli yolu müqavimətdir və Fələstin müqaviməti bir azadlıq hərəkatdır.
O xatırladıb ki, İsrail naziri Qəzza xalqını nüvə silahı ilə təhdid edib.
“Bu gün biz ilahi sınaq qarşısındayıq. Əgər bugünkü sammit həll tapa bilməsə, ölkələr müstəqil şəkildə tədbir görə bilər“, – deyə o qeyd edib.
Rəisi: İslam dünyasının problemlərini vəhdətlə həll etmək olar