Ötən il 550 jurnalist həbs edilib

“Ötən il 31-i münaqişə zonaları da daxil olmaqla, bütün dünyada 54 jurnalist öldürülüb. Qəzzə isə jurnalistlərin 30%-nin həlak olduğu ən təhlükəli bölgədir.
Jurnalistlər üçün ikinci təhlükəli bölgə Asiyadır. Pakistanda 7, Banqladeşdə 5 jurnalist öldürülüb”.
Bu barədə “Sərhədsiz Reportyorlar"ın ilin yekunları haqqında hesabatında deyilir.
Hesabatda o da vurgulanır ki, ötən il 550 jurnalist həbs edilib, bu da öncəki ilə nisbətən 7,2% çoxdur.
“Sərhədsiz Reportyorlar”a görə, jurnalistlərin ən çox həbs edildiyi dörd ölkə bunlardır: Çin (124, o cümlədən Honkonqda 11), Myanma (61), İsrail (41) və Belarus (40).
 
 
ToplumTV