Suriya neft quyularına hansı qrup nəzarət edəcək?

Suriyaya qarşı terror hücumlarının kölgəsində müxtəlif aktorların, o cümlədən ABŞ və Türkiyənin Suriya neftinə hərisliyi güclənib.

Arabic News 21 yazır: “Suriyada köhnə rejimin devrilməsi ilə bu ölkədə nəzərdən keçirilən mühüm məsələ neft quyularına nəzarətdir. Bu ölkədəki daxili proseslərin kölgəsində Suriyadakı neft quyularının 80 faizinə nəzarət edən ABŞ-ın dəstəklədiyi Suriya Kürd Demokratik Qüvvələrinin (SGD) gücü və təsirinin artacağı gözlənilir.

Amerikanın dəstəyinin kölgəsində, SGD qüvvələrinin neft quyularına nəzarəti saxlamaq səylərinin artacağı və Amerikanın Suriya neftindən istifadəni davam etdirmək üçün bu bölgələrdə hərbi varlığını saxlaması gözlənilir.

Türkiyə də Suriyadakı yeni şərtlərdən istifadə edərək, ölkənin şimal bölgələrindəki neft quyularına nəzarəti ələ keçirməyə cəhd edə bilər. Türkiyə Suriyadakı qruplara dəstək verib və bu neft quyularından birbaşa faydalanmaq istəyə bilər.

Ankara şərq bölgəsi və Afrin kimi neftlə zəngin bölgələrdəki qruplarla razılığa gələ bilər. Təhlilçilər bu məsələdə beynəlxalq güclər arasında gərginliyin arta biləcəyini bildirsələr də, Deyr əz-Zor və Hasəkə neft quyuları ətrafında münaqişə daha da mürəkkəbləşəcək”.