Azərbaycan: Suriyada sülhün və sabitliyin bərpası mütləq vacibdir

Rəsmi Bakı çərşənbə axşamı bəyan edib ki, Bəşər Əsəd hökumətinin süqutundan sonra Suriyada sülh və sabitliyin bərpası mütləq lazımdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Suriyada sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.”

Bu bəyanatda Bakının Suriyadakı hazırkı prosesləri izlədiyi vurğulanır: “Azərbaycan Respublikası bununla bağlı Türkiyə ilə məsləhətləşmələr aparır.”

Azərbaycan XİN-nin bəyanatının başqa bir hissəsində bildirilir: “Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır.”