Sərhədsiz Reportyorlar təşkilatı Meydan TV əməkdaşlarının həbsini pisləyir və bunu Azərbaycanda “rejimin tənqidçilərinin susdurulması üzrə sistemli strategiya” kimi dəyərləndirir.
COP29-dan bir ay sonra hakimiyyətin jurnalistlərə qarşı repressiyaları bərpa etdiyini vurğulayan qurum hesab edir ki, Meydan TV-nin altı jurnalistinin saxlanılması Azərbaycan vətəndaşlarını məlumatlandırmağa cəsarət edənləri təqib etməyə hazırlığın növbəti sübutudur.
Sərhədsiz Reportyorlar Meydan TV əməkdaşlarının, həmçinin digər 13 jurnalistin də dərhal azad edilməsini tələb edir, beynəlxalq ictimaiyyəti təməl hüquqların belə ciddi şəkildə pozulmasına göz yummamağa çağırır.
Sərhədsiz Reportyorlar təşkilatı Meydan TV əməkdaşlarının həbsini pisləyir