Reuters: Bəşər Əsəd təyyarə qəzasında ölmüş ola bilər

“Reuters”ə danışan iki suriyalı mənbə təyyarə qəzasında Bəşər Əsədin ölmüş ola biləcəyini iddia edib. Suriya ordusunun iki hərbi rəsmisi Əsədin bu gün naməlum istiqamətə getmək üçün havaya qalxdığını bildirib. Təyyarənin böyük ehtimalla qəzaya uğradığı bildirilir.

Uçuş izləmə saytında FlightRadar24-də Dəməşq hava limanından qalxdıqdan sonra Homsun qərbində sonuncu dəfə görünən, lakin sonra radarlardan itən təyyarənin Bəşər Əsədi daşıdığı iddia edilib.