İran: Suriyadakı hadisələr ABŞ-İsrailin planının bir hissəsidir

Suriyadakı terrorçu və təkfirçi qrupların hücumları ABŞ-İsrail planının bir hissəsidir.

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

Xatırladaq ki, bu gün Bağdadda İran, İraq və Suriya XİN başçılarının Suriyadakı vəziyyətlə bağlı 3-tərəfli görüşü baş tutub.

O deyib ki, bugünkü görüşdə əsas tezisdən biri də budur – Suriya hökuməti və xalqı terrorçu və təkfirçi qruplara qarşı mübarizədə dəstəklənməlidir.

Əraqçi əlavə edib ki, Suriyadakı hadisələrin arxasında İsrailin rolunun olmadığı düşünənlər səhvə yol verirlər.

O vurğulayıb ki, “Həyat Təhrir əş-Şam” (əvvəlki adı “Nusra Cəbhəsi”, “Əl-Qaidə” terror təşkilatına bağlı qrup) və digərləri kimi təkfirçi qruplar BMT tərəfindən terror qrupları kimi tanınırlar və bu terrorçular Suriya hökuməti və xalqına qarşı yenidən hücumlara başlayıblar.

Əraqçi həmçinin bəyan edib ki, İran Suriya xalqına, hökuməti və ordusuna hər cür dəstəyi verməyə hazırdır.