İndoneziyada dünyada ilk dəfə olaraq müqəddəs Qurani-Kərimin jest dilindəki (işarə dilindəki) versiyası hazırlanıb.
Operativtv Az.shafaqna-a istinadən xəbər verir ki, bu, lal olan şəxslərə Qurani-Kərimi “izləməyə” imkan verəcək.
Layihəyə 2020-2021-ci illərdə start verilib və Quran hərfləri üçün işarə dilində istifadə ediləcək simvol və işarələr müəyyənləşdirilib. Ardınca isə 2022 və 2023-cü illərdə Qurani-Kərim bütöv şəkildə işarə dilinə “tərcümə” edilib.
“Lal dilindəki” Qurani-Kərim tezliklə tam şəkildə təqdim ediləcək.
Layihədə iki üsul sintez edilib – yazı üslubu və tilavət üslubu.
Qeyd edilib ki, bu gözəl iş eşitmə qabiliyyətini tam və ya qismən itirmiş və danışıqda çətinlik çəkən şəxslər üçün faydalı olacaq.
Bir ilk: Quran işarə dilinə “tərcümə” edildi