Əlbəttə, çətinlik təkcə düzgün nümunənin seçilməsi ilə məhdudlaşmır, eyni halda çox zaman rejimlər həqiqi nümunələrin tanıdılmasına sürətli maneələr yaradırlar. Bir an təsəvvür edin ki, azad media üçün mübarizə aparan və qapısı önündə güllələnən jurnalist Elmar Hüseynovun həyat hekayəsi, jurnalis olmaq istəyənlərə nümunə olaraq təqdim edilməsi cəmiyyətdə ondan stimul alan nə qədər azad söz və azad zəkalı media işçisi Azərbaycana bəxş edə bilər. Lakin görəsən hakimiyyət ölkədə azad media, müstəqil jurnalistika görmək arzusundadırmı? Bu sırada Polad Həşimov hərb tarixində həqiqi general simasını ortaya qoyarkən bu gün kabinetlərdən həyətə çıxmaq istəməyən neçə general öz ifşası üçün səngər generalının nümunəvi həyatını əks etdirən filmin çəkilməsini istəyəcək?
Nümunələri düzgün seçiminə yaradılan qarışdırıcı mühitin həqiqi nümunələrdən qorxu hissinə səbəb bəllidir. Bir ömür oğru, əyyaş, korrupsiaoner olan şəxslər öz ifşasına yönələn nümunəvi şəxslərə qarşı qorxu hissləri bacardıqca olnların parlaq simalarını ləkələməklə onları düzgün nümunə olmaq gözəlliyindən xalqı məhrum edəcək. Bununla da öz mənfur həyatları ilə cəmiyyətə aldadıcı nümunələrlə öz iyrənc siyasətlərinə qarşı hər hansı bir maneənin ortadan qaldırılmasını əldə edəcəklər.
Qeyd edildiyi kimi bunlar müvəqqəti bir zamanda, rejimlərin hakim olduğu bir mühitdə keçərli olsa da, həqiqətləri olmadığı üçün haçansa tarixin zibil qutusuna atılacaqları mütləqdir. Üzücü hal bütün bunların baş verdiyi mühitdə yanlış nümunələr həqiq nümunənin əksi olaraq hansısa inkişafın əngəlləməsinə gətirib çıxaracaq.
Doğru nümunənin özəlliyi cəmiyyətin inkişaf meyarlarına təkan verən maddi və mənəvi özəlliklərin həyata keçirilməsidir. Əgər cəmiyyət Hacı Şahin simasını, nümunəvi bir simanı tanıyırsa, o, həqiqətdə mənəvi təkamülə nail olan zəkanın insanda yaratdığı özəlliklərin şahidi ola bilir. Anlaşılır ki, din, islam ehkamçılıq rakursundan dünyaya baxmır. Onun hədəfi doğru, ləyaqətli, mərhəmətli, səxavətli, eyni halda elmli, ailə dəyərlərini qoruyan, şəfqətli bir insan yaratmağı hədəfləyib. Burada şəxs nümunəsi obrazlı olaraq o xüsusiyyətin canlı nümunəsi kimi təqdim edilsə də, həqiqət şəxs deyil, nümunənin ortaya qoyduğu dəyərdir.
Məktəb kitablarında əks olunan elmi nümunələr həqiqətdə kitabın varlığını ortaya qoymur, burada hədəf kitabın köksündə gizlənən elmin necə böyük əhəmiyyətə malik olmasıdır. Elmin yaratdığı fəza, onun fərdlərin, cəmiyyətin həyatında oynadığı rol kitabın diqqətə gəlməsinə səbəb olduğu kimi nümunəvi insanların da dəyərlərin yüksəlişinə xidməti onun şəxsi keyfiyyətini diqqətə gətirsə də, hədəf dəyərlərin göstərilməsindən başqa bir şey deyil.
Burada nümunələrə maneələr sırasında yanlış nümunələr, aldadıcı manevrlər də diqqətdən kənarda qalmamalıdır. Qəhrəmanların, həqiqət, azad media ardınca olanların, vətənpərvər, ədalət naminə canlarını fəda etmək üçün səfərbər olunanların önünü kəsən qüvvə şübhəsiz, bu cəbhənin ifşaedici varlığından narhatlıq yaşayanlardır və buna görə də onlar təkcə qadağa ilə kifayətlənmirlər. Unutmaq olmaz ki, insan fitrətən axtarışda olan varlıqdır və mütləq olaraq qadağa onda müvəqqəti təsir yarada bilər. Nəticədə bu, zaman ötdükdən sonra axtarışlar onu eyni nöqtəyə gətirəcək. Bunun üçün alternativlər tarixin təcrübəsindən çıxan yanlış nümunələri həqiqət olaraq göstərməkdir.
5-ci hissənin sonu.
Nümunə. 5-ci hissə