Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı açıqlanıb

Hüquq-mühafizə orqanları noyabrın 28-dən Gürcüstanda etiraz aksiyalarında iştirak edən 400-dən çox insanı saxlayıb.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 28-dən davam edən etiraz aksiyası çərçivəsində 30-dan çox şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bundan başqa, 372 nəfər inzibati qaydada tutularaq barələrində iş başlanılıb, onlardan 62 nəfərə artıq inzibati həbs, 100-dən çox şəxs isə cəza növü üzrə cərimə olunub”, - məlumatda deyilir.

Nazirlik onu da əlavə edib ki, aksiyalar zamanı 150-dən çox polis əməkdaşı xəsarət alıb.