Səfir Libby və Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak, həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun, Azadlıq Radiosunun jurnalisti və iqtisadçısı Fərid Mehrəlizadənin, həmçinin “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşüblər.
Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməyə, haqsız yerə həbs olunanları dərhal azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırmağa davam edir. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin dekabırın 6 dakı bəyanatında deyilir.
ABŞ dövlət katibinin köməkçisinin müavini həbsdə olan fəalların və jurnalistlərin yaxınları ilə görüşüb