Bağdad Cümə günü çıxış edən cümə namazı imamı Ayətullah Seyid Yasin əl-Musəvi bildirib ki, Suriyadakı hadisələr Netanyahu, Bayden və Trampın bu yaxınlarda açıqladığı "Yeni Yaxın Şərq Planı"nın bir hissəsidir. O, bu planın regiondakı vəziyyətlə bağlı mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Bir neçə gün əvvəl Trampın İsrailli məhbusların azad edilmədiyi təqdirdə bölgəni cəhənnəmə çevirəcəyi ilə bağlı təhdidlərinə də toxunan Musəvi deyib: "Bir neçə həftə əvvəl Livandakı müharibədən sonra növbənin Suriyaya çatacağını demişdim. Son aylarda, İsrail Livan sərhədinə 7 ordu yeridib."
ABŞ və Qərb ölkələrinin illərdir üzərində işlədiyi planın “Əqsa əməliyyatı”ndan sonra başladığını bildirən Musəvi, bu hadisədən Fələstin və Livan xalqlarının əleyhinə istifadə etdiklərini bildirərək indi də növbənin Suriyanın işğalına çatdığını bildirib.
Sözügedən planın Qərb ölkələri və ABŞ tərəfindən mərhələ-mərhələ həyata keçirildiyini bildirən Musəvi: "Bu mərhələdə Amerika və Qərb ölkələri Suriyanı üç yerə bölməyi planlaşdırır. Ələvi dövləti, Kürd dövləti və Sünni dövləti. Latakiyada qurulacaq bu dövləti İsrailin maraqlarını müdafiə edəcək bir dini lider idarə edəcək” bildirib.
Suriya və İraqda Qərb layihələrinin iflasa uğramasının ardından yeni strategiyanın izlənilməyə başladığını ifadə edən Musəvi, “Rusiya Ukraynada məşğul saxlanıldı, Hizbullah İsraillə döyüşərkən zəiflədi, Suriya iqtisadi blokadalarla düşməsi Suriya ordusunun sürətlə dağılmasına səbəb oldu" söyləyib.
Musəvi prezident Ərdoğanın Suriyanın İdlib bölgəsində Əl-Nusra Cəbhəsinə silah və təlim verdiyini, lakin Qəzzanı açıq şəkildə müdafiə etdiyini və İsraillə gizli şəkildə geniş iqtisadi əlaqələr saxladığını bildirib.
O, son olaraq “İraq xalqı bu gün çox güclü olduğu üçün İraqda baş verənlərin bu dəfə bir daha təkrarlanmayacağını” ifadə edərək əlavə edib: “Düşmənlər öz əlləri ilə Yeni Orta Şərqin xəritəsini çəkmək istəyirlər, lakin bu xəritəni İraq xalqı çəkərək düşmənlərin belə planlarını həyata keçirməsinə icazə verməyəcəklər."
Bağdad Cümə imamından Suriyadakı hadisələrlə bağlı açıqlama