Xanım Zeynəb (s.ə) türbəsinin müdafiəçi və məmurları İrana qayıdıblar

İran rəsmisi bəzi şəxslərin Dəməşq şəhərindəki təhlükəsizliksizlikdən istifadə etdiyini bildirib və bu hücumlar nəticəsində Xanım Zeynəb (s.ə.) hərəminin İdarə Heyətinin əmlakına ziyan dəydiyi bildirilir. Məsələ ilə bağlı silahlı qruplar bu hadisələrdə hər hansı bir əlaqələrini inkar ediblər.

Müqəddəs Türbələrin İnkişaf və Yenidənqurma Şurasının sədr müavini Məcid Namcu, silahlı qrupların Dəməşqə girmədən əvvəl Xanım Zeynəbin (s.ə.) məqbərəsinin bərpasında iştirak edən bütün iranlı şəxsi heyət və qulluqçuların İrana qayıtdığını və hazırda Seyiddə Zeynəb (s.ə) ərazisində heç bir İran rəsmisinin olmadığını açıqlayıb.

Namcu, Şamdakı təhlükəsizliksizlikdən istifadə edən bəzi kəslərin Xanım Zeynəb (s.ə.) türbəsinin ətrafında yerləşən ofis və anbarlarına hücum etdiklərini bildirərək, bu hücumlar nəticəsində mülkə və ofislərə ziyan dəydiyini bildirib. Məsələ ilə bağlı silahlı dəstələrin bunlarda heç bir rolu olmadığını bildiriblər.