Ölkədə fəaliyyət göstərən sonuncu müstəqil jurnalistlərin də həbsi, praqmatik olaraq rejimə əslində heç nə qazandırmayacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Meydan TV-nin əməkdaşlarının həbsi saxta ittiham üzərində qurulub.
“Ölkədə fəaliyyət göstərən sonuncu müstəqil jurnalistlərin də həbsi, praqmatik olaraq rejimə əslində heç nə qazandırmayacaq. Azərbaycan hakimiyyətinin Meydan TV-nin yazıb, göstərib, tənqid edə bilməyəcəyi qüsurlarını daha böyük auditoriyası olan beynəlxalq mətbuat tənqid və ifşa edəcək. Azərbaycanın demokratik dünyadan təcridi daha da güclənəcək. Azərbaycan hakimiyyəti dövlət və xalq qarşısında məsuliyyət hissini itirib. Təəssüf ki, özləri ilə bərabər ölkəni də uçuruma aparırlar”, – Əli Kərimli bildirib.