Nusəyrat cinayəti şəhidlərinin sayı 210 nəfərə çatdı

Qəzzə zolağının mərkəzindəki Nusəyrat düşərgəsində İsrail işğalçılarının vəhşi cinayəti nəticəsində şəhid olanların sayı 210 şəhidə çatıb.

 

Fələstin Hökumətinin Qəzzə zolağındakı İnformasiya Ofisi bildirib: “Bu zolağın mərkəzindəki Nusəyrat düşərgəsində İsrail işğalçılarının vəhşi cinayəti nəticəsində şəhid olanların sayı 210 nəfərə çatıb, yaralananların sayı isə 400-dən çoxdur.”

 

İyunun 8-də Fələstin media mənbələri sionist rejimin Qəzzə zolağının mərkəzindəki Nusəyrat düşərgəsi və digər bölgələrə hücumları nəticəsində yüzlərlə fələstinlinin şəhid olması və yaralanması barədə məlumat yayıb.

Fələstin Hökumətinin rəsmi sözçüsü Nabil Aburdinə bu gün (şənbə günü) bildirib ki, sonuncusu Nusəyrat düşərgəsindəki qətliam olan Fələstin xalqına qarşı gündəlik qanlı qırğınlar silsiləsi Fələstin xalqının soyqırımının davam etdirilməsi istiqamətində baş tutur.

“Amerika hökuməti sionist rejimin törətdiyi bütün qətllərə görə tam məsuliyyət daşıyır” - deyə, o, əlavə edib.