Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu

Almaniya kansleri Angela Merkeli müşayiət edəcək deputatlardan birinə Azərbaycana giriş qadağası qoyulduğu məlum olub.

Modern.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Merkelin “Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycanın qara siyahısında olduğu üçün ölkəyə səfəri qadağan olub.

Vayler 2014-2016-cı illərdə Azərbaycanın razılığı olmadan işğal olunmuş Qarabağ torpaqlarına səyahət etdiyi üçün qara siyahıya salındığı məlum olub.

Almaniya tərəfi deputatın bölgəyə səyahəti üçün Azərbaycan hökuməti ilə danışıqlar aparsa da, rəsmi Bakı qətiyyət göstərərək razılıq verməyib.

Qeyd edək ki, Albert Vaylerin cənubi Qafqaz ölkələrinə səfəri zamanı kansler Angela Merkeli müşayiət edəcəyi bildirilirdi.