Almaniya Aİ-yə daxil olan ölkələrdən əsgər almağı düşünür

Almaniya höküməti ordudakı hərbçi azlığını Avropa İttifaqı ölkələrindən əsgər almaqla həll etməyi düşünür.
 
Qaynarinfo xəbər verir ki, 2016-cı ildə açıqlanan təhlükəsizlik strategiyasında da bu məsələ öz əksini tapmışdı və yenidən gündəmə gətirilib. Sosial Demokratlar Partiyasının müdafiə siyasəti sözçüsü Karl Haynz Brunner alman mediasında bu barədə çıxış edib və strategiyanın yanlış olmadığını müdafiə edib. Lakin o vurğulayıb ki, bu halda Almaniya ordusunun muzdlu hərbçilərdən təşkil edilmiş orduya çevrilmə təhlükəsi də var. 
 
Ölkədə radikal sağ qolun təmsilçisi olan Alternativ Partiyası məcburi hərbi xidmətin tətbiq edilməsini tələb edir.
 
Qeyd edək ki, Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə ləğv edilib.