Sığınacaq almaq üçün Almaniya dövlətinə müraciət edən və rədd cavabı alan üç azərbaycanlı intihara cəhd edib. Onlardan biri ölüb, ikisi həyata qaytarılıb.
Almaniyada yaşayan hüquq müdafiçisi Əlövsət Əliyevin BAKU.WS-ə verdiyi məlumata görə,
Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay 2 gün əvvəl dərman içib özünə qəsd edib.
Qadın 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, dünən dünyasını dəyişib.
Səbəb isə mərhum Məmmədova Humayın Dublin qərarının icrasına əsaslı etirazının obyektiv araşdırılmaması olub.
Məlumata görə, H.Məmmədova 1982-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbiçi olub və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.
H. Məmmədova xəstəxanaya aparılan zaman 9 azyaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib.
Dünən - 21 iyul tarixində daha bir azərbaycanlı xanım Berlində intihara cəhd edib. Hazırda xəstəxanadadır.
Ə.Əliyevin sözlərinə görə, bu son 10 gündə Almaniya dövlətindən sığınacaq müraciətinə rədd cavabı alan azərbaycanlıların sayca 3-cü intihara cəhd hadisədir.
Almaniyada sığınacaq almaq istəyən azərbaycanlılar intihara cəhd etdi, biri ölüb

Oxşar xəbərlər