Almaniya kanslerinin Azərbaycana səfər tarixi bəlli olub

Almaniya kansleri Angela Merkel Azərbaycana səfər edəcək. A.Merkel Bakıya avqustun 25-i gələcək.

Cənubi Qafqaz ölkələrinə turnesi zamanı Almaniya kansleri avqustun 23-ü Tbilisini, 24-ü isə İrəvanı ziyarət edəcək.

Kanslerin Azərbaycana səfərinin gündəliyi hazırda diplomatik kanallar üzrə dəqiqləşdirilir.

Report