Merkeldən gürcüləri üzəcək açıqlama: Tezliklə NATO üzvü olmayacaqsınız

Almaniya Gürcüstanın NATO-ya inteqrasiyası prosesini dəstəkləyir. TASS-a istinadən bildirilir ki, bu barədə Almaniya kansleri Angela Merkel Tbilisidə tələbələrlə görüşdə danışıb.

Merkel çıxışı zamanı gürcüləri üzəcək açıqlama da edib: "Açıq danışmaq istəyirəm. Bu mərhələdə Gürcüstanın Alyansa qısa zamanda daxil olacağından danışmaq olmaz".