Almaniya Səudiyyəyə 295 milyon dollarlıq silah satacaq

Almaniya hökuməti Səudiyyə Ərəbistanına 295 milyon dollarlıq silah satışına razılıq verib. Bu barədə "habersol" portalı məlumat yayıb.

Rəsmi Berlin son altı ayda Yəmənin işğalı ilə əlaqəsi olan səkkiz ölkəyə 28 milyon dollarlıq silah satıb.
 
Halbuki Almaniya rəhbərliyi, Yəmən işğalına "birbaşa daxil olan" ölkələrə silah satmadığını iddia etmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları nəticəsində 10 minlərlə vətəndaş həyatını itirib, ölkənin mülki infrastrukturu məhv olub və humanitar böhran başlayıb.