Beynəlxalq Əfv Təşkilatı İsrailə silah embarqosu tətbiq edilməsini istəyir

Eastnews.org-un verdiyi xəbərə görə, Beynəlxalq Əfv Təşkilatı Qəzza zolağında minlərlə fələstinlinin böyük qayıdış yürüşü zamanı silahlı hücuma məruz qalmasına münasibət bildirib.
Dünən verilən bəyanayda vurğulanıb ki, işğalçı İsrail rejiminə məxsus silah və hərbi təchizat satışı mövzusunda embarqo tətbiq edilməlidir. Diqqətə çatdırılıb ki, “Beynəlxalq Əfv Təşkilatı”nın Şimali Afrika üzrə nümayəndəsi Məcidə Elina Məqribi Qəzzadakı hadisələrin şahidi olub. “Biz öz nümayəndəmiz vasitəsi ilə həqiqətləri öyrənmişik”, - deyə “Beynəlxalq Əfv Təşkilatı”dan verilən bəyanatda qeyd olunub.