Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyevə hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə İlhamiz Quliyevə qarşı irəli sürülmüş 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama) maddəsini 234-1-ə tovsiv edib (satış məqsədi olmadan külli miqdarda narkotik maddə əldə edib saxlama).
İ.Quliyev ötən il dekabrın 4-də həbs olunub və ittihamları qəbul etmir. O, həbsini polisdəki qanunsuzluqlarla bağlı AbzasMedia-ya verdiyi müsahibə ilə əlaqələndirir.
Daxili İşlər Nazirliyi isə bu deyilənlərin özünü müdafiə xarakteri daşıdığını bildirir.
İctimai fəal 3 il müddətinə azadlıqdan məhrum edilib