Məhkəmə İmran Xanın həyat yoldaşını həbsdən azad edilməsinə hökm verib

Çərşənbə günü Pakistanın federal məhkəməsi keçmiş baş nazir İmran Xanın arvadının girov ərizəsini təsdiq edərək, korrupsiya ittihamları ilə bağlı aylarla həbsindən sonra azadlığa buraxılmasına qərar verib.

 Keçmiş birinci xanım Büşra Bibiyə qarşı iddia Xanın 2018-ci ildən 2022-ci ilə qədər hakimiyyətdə olduğu dövrdə yarım milyon dollar dəyərində dövlət hədiyyələrinin satılmasını nəzərdə tutur. Bibi və Xan ittihamları əsassız və siyasi motivli adlandıraraq rədd edib.

18 ay əvvəl parlamentin etimadsızlıq səsverməsindən sonra cütlüyün üzləşdiyi bir çox digər hüquqi çətinliklər nəzərə alınsa, Bibinin tezliklə həbsxanadan çıxmasına icazə veriləcəyi qeyri-müəyyən olaraq qalır.

Devrilmiş baş nazirin Pakistan Tehrik-e-Insaf və ya PTI Partiyası çərşənbə günü məhkəmə qərarını alğışlayıb, lakin hakimiyyəti Bibinin "qanunsuz həbsini" davam etdirmək üçün gecikdirmə taktikalarından istifadə etməkdə günahlandırıb.

Bəyanatda Bibinin evdar qadın olduğu və ona qarşı işin qeyri-şəffaf istintaqdan irəli gəldiyi, ittihamların əsassız olduğu vurğulanıb.

2023-cü ilin avqustundan həbsdə olan Xan və həyat yoldaşı İslamabad yaxınlığındakı Ravalpindinini Adiala həbsxanasın saxlanılır. Bibi yanvar ayından Xanla birlikdə ayrı-ayrılıqda rüşvətxorluq ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib, baxmayaraq ki, Apellyasiya Məhkəməsi həftələr sonra sübut çatışmazlığına görə cəzanı təxirə salıb. Sonradan Apellyasiya Məhkəməsi hökmləri ləğv edib. Lakin Pakistan hakimiyyəti cütlüyü azad etməkdən imtina edərək, bunun əvəzinə iyul ayında dövlət hədiyyələrinin iddia edilən satışı ilə bağlı onlara qarşı yeni ittihamlar elan edib.

 

 

Rasthaber Azərbaycan