İsrailin yüksək rütbəli zabiti döyüşlərdə məhv edilib

İsrail Ordusunun (IDF) 401-ci Tank Briqadasının komandiri polkovnik Ehsan Əqsa Qəzza zolağının şimalında döyüşlər zamanı məhv edilib.

Bu barədə “Times of Israel” xəbər yayıb.

İsrail ordusunun ilkin araşdırmasına görə, Cəbəliyyədə əməliyyatlar zamanı Əqsanın tankı və daha bir tank partlayıcı qurğularla vurulub.

41 yaşlı Əqsa Qəzzada gedən döyüşlərdə məhv edilən ən yüksək rütbəli zabitlərdən biridir. Eyni hadisədə daha bir məmur ağır yaralanıb.

 

Unikal.az