Əl-Əzhər: Beynəlxalq ictimaiyyətin İsrailin Qəzza və Livanda törətdiyi cinayətlərə qarşı susması bağışlanmazdır

Əl-Əzhər beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını dayandırmaq və Qəzza və Livanda günahsız qanların tökülməsinin qarşısını almaq üçün tez hərəkət etməyə çağırıb.

Əl-Əzhər öz bəyanatında İsrail ordusunun hücumlarına qarşı Livan xalqı ilə tam həmrəy olduğunu bəyan edib. O, bəyanat yayaraq, terrorçu İsrailin Livanın cənub və şərq bölgələrinə hücumlarını, o cümlədən qadın və uşaq olmaqla yüzlərlə livanlının həlak olması və yaralanması, minlərlə insanın didərgin düşməsi ilə nəticələnən hücumlarını qəti şəkildə pisləyib.

“Hücumlar beynəlxalq ictimaiyyətin və Birləşmiş Millətlər Təşkilatının misli görünməmiş və bağışlanmaz sükutunun kölgəsində həyata keçirilir.

Terrorçu işğalçıların Livana hücumu, Yaxın Şərqi döyüş meydanına çevirmək və münaqişələrin miqyasını digər ölkələr və bölgələri də əhatə edəcək şəkildə genişləndirmək kimi cinayətkar məqsədlərinə nail olmaq məqsədi daşıyır. Onlar artıq Qəzza zolağını viranə və qan gölünə çevirib, minlərlə günahsız dinc sakini qətlə yetiriblər ki, bu da bölgə xalqını gözləyən aqibətdir.”

Əl-Əzhər beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını dayandırmaq və Qəzza və Livanda günahsız qanların tökülməsinin qarşısını almaq üçün tez hərəkət etməyə çağırıb.

Nəhayət, Misirin sünni qurumu qardaş Livan xalqı ilə həmrəy olduğunu bildirib, həlak olanların ailələrinə başsağlığı verib və Livanın suverenliyinin və ərazisinin pozulmasına qəti etirazını bildirib.