İraqlılar mərcəiyyətin çağırışından sonra səfərbər olublar

Böyük təqlid müctəhidi Ayətullah Əl Üzma Seyid Sistaninin Livanla bağlı çağırışından sonra İraq xalqı Livan xalqına həmrəylik üçün səfərbər olublar.

Shafaqnanın İraq bölməsinin məlumatına görə, İmam Hüseyn (ə) ziyarətgahına bağlı Səhiyyə və Tibbi təhsil idarəsi artıq Livana tibbi avadanlıqlar, çarpayılar, səhra təcili yardım çadırlarının qurulması üçün lazım olan ləvazivatlar,  həmçinin dərman vasitələrindən ibarət yardım göndərəcək.

Qeyd edək ki, İraqda Livana dəstək üçün yardımlar toplanmağa başlayıb.