Ayətullah Sistaninin Ofisi: Livana qarşı hücumlara son qoyulsun!

 Böyük ali məqamlı mərcə Ayətullah Əl Üzma Seyid Sistani İsrailin Livana qarşı hücumları və şəxsi rabitə vasitələrilə (peycer) terror törətməsinə etiraz edib.

Bəyanatda qeyd olunur ki, Livanın əziz xalqının keçirdiyi çətin günlərdə, İsrailin amansız işğalına qarşı artan hücumlarla şəxsi rabitə (peycer) vasitələrinin partladılması, evlərin, qadınların və uşaqların hədəf alınması, cənubda və Bəqaa bölgəsində bir çox kənd və şəhərə intensiv hava hücumları ilə üzləşdiyi bir dövrdə, mərcəiyyət, Livan xalqı ilə həmrəylik ifadə edir və həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Ayətullah Sistaninin ofisi tərəfindən yayılan bəyanatda Allahdan onların qorunmasını, zalımların şərindən və əzablarından onları saxlamasını, şəhidlərin ruhuna rəhmət diləməsi və yaralıların tezliklə sağalmasını arzulanır.

Bəyənatda dünya ictimaiyyətindən Livan və Fələstində baş verən faciələrin dayandırılması üçün addım atılmasına, imanlı şəxsləri humanitar və tibbi yardımların bu bölgələrə çatdırılmasına, bu davamlı amansız işğalın dayandırılması üçün hər cür səylərin göstərilməsinə və Livan xalqını dağıdıcı təsirlərdən qorumaq üçün mübarizəyə çağırıb.

 

 

Az.shafaqna.com