Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. İki şahid dinlənilib.
Onlardan biri - Azərbaycan İqtisad Universitetinin müəllimi bildirib ki, Hacıyevin açdığı dil kurslarında dərs deyirdi və 50-50-yə prinsipi ilə işləyirdi (ödəniş kurs administrasiyası və müəllim arasında bölünürdü).
Şahidin qazancı ayda 200 manat təşkil edirdi və o, pulu ofis menecerindən alırdı, Hacıyevlə onun maliyyə əlaqələri olmayıb.
Digər şahid - Şəlalə Əlixanova bildirib ki, Hacıyevlə tanış idi, ancaq onun layihələrində iştirak etməyib. O, bəzən Hacıyevin tədbirlərindən videogörüntüləri sosial mediaya yükləyirdi, lakin bunu pulsuz edirdi.
Məhkəmədə Əlixanovanın istintaqa videogörüntüləri 100-120 manata yüklədiyi haqqında verdiyi ifadə oxunub. Lakin şahid iş materiallarında ifadələrinin təhrif olunduğunu bildirib.
Bəxtiyar Hacıyev özü üç vəsatət təqdim edib: cinayət işinə xitam verilməsi, bu vəsatət təmin olunmasa ev dustaqlığına keçirilməsi və məhkəmə iclaslarının tezliyinin artırılması haqqında.
Hakim ilk iki vəsatəti təmin etməyib, üçüncü vəsatətlə bağlı isə deyib ki, hələki iş qrafiki sıxdır, boşalan kimi iclasları həftədə bir dəfədən daha tez-tez keçirmək mümkün olacaq.
Zərərçəkmiş Ülviyyə Muradova yenə məhkəməyə gəlməyib. Bununla əlaqədar məhkəmə onun məcburi gətirilməsini təmin etmək barədə qərar verib. Eyni zamanda, iki şahid də prosesə gəlməyib.
Məhkəmənin Hacıyevin özəl klinikada müayinəsinin təmin edilməsi haqqında vəsatəti ilə əlaqədar Penitensiar Xidmətə və İstintaq Təcridxanasına müraciət etdiyi bildirilib.
Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin olunub.
* Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. O, əvvəlcə CM-in 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə qarşı hörmətsizlik) maddələri ilə ittiham edilib.
2023-cü ilin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta ödənişindən, icbari tibbi və sosial sığorta ödənişlərindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.
Hacıyev bütün ittihamları təkzib edir və hakimiyyəti tənqid etdiyinə, repressiyalarda əli olan Azərbaycan məmurlarına qarşı beynəlxalq sanksiyalar tətbiq etmək çağırışlarına görə təqib olunduğunu bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Turan.az
Bəxtiyar Hacıyevin işi üzrə prosesdə şahidlər dindirilib