İslam ölkələrinin liderləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Qəzzanın qətliamı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısına qatılıb. Sammitdə çıxış edən müsəlman ölkə liderlərinin İsrail qətliamını kəskin pisləyiblər. Sammitdə çıxış edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman: "Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılması, blokadanın qaldırılması və humanitar dəhlizlərin açılması tələbimizi bir daha təkrar edirik. Girovların azad edilməsinin və günahsız insanların müdafiəsinin vacibliyini vurğulayırıq. Qəzza zolağında baş verən humanitar böhranı dayandırmaq üçün İsrailin hücumları, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizliyi Şuranın və beynəlxalq ictimaiyyətin səyləri uğursuzluqla nəticələnib.Biz Qəzza sakinlərinə qarşı davam edən təcavüz və məcburi köçkün siyasətini rədd edirik. Biz Fələstin xalqına qarşı törədilən cinayətlərə görə işğalçı hakimiyyət orqanlarını məsuliyyət daşıdığını bildiririk. Bölgədə təhlükəsizliyin, sülhün və sabitliyin təmin edilməsinin yeganə yolu işğala, mühasirəyə və məskunlaşmaya son qoymaq, Fələstin xalqının paytaxtı Qüds olmaqla öz qanuni hüquqlarına nail olmaqla müstəqil dövlətini qurmaq sayəsində mümkün olacağına əminik.” – deyə hadisəni dəyərləndirib.
“Bölgədə təhlükəsizlik, sülhün və sabitliyin təmin edilməsinin yeganə yolu Fələstin xalqının paytaxtı Qüds olmaqla öz qanuni dövlətlərinin qurmasıdır”